İstə | Nəbi Xəzrinin mənalı sevgi şeiri

 

İstə şeiri


Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə.

 

Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.

Mənə ulduz boyda ulduz işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.

Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Ərmağan istə.



İstə | Nəbi Xəzrinin mənalı sevgi şeiri gozel sevgi seiri

 

0 şərh